“BARƏMDƏ YAZILANLARIN BİR CÜMLƏSİ BELƏ, HƏQİQƏTƏ UYĞUN DEYİL” – İş adamı Fərhad Əhmədov “Hürriyyət”ə təkzib məktubu göndərdi

90

Hurriyyet.org saytından dərc olunan “Milyarder Fərhad Əhmədov Göyçay sakinlərinin suyunu kəsib – Prezidentə müraciət” sərlövhəli yazı qarşı tərəfin etirazına səbəb olub. Xatırladaq ki, həmin yazıda Göyçay rayon, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tarafindən redaksiyasımıza daxil olan şikayat maktubuna istinad edilib. Şikayətçi qeyd edib: “İş adamı, milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu, Qaraməryəm kəndinin hayatyanı sahələrinin su mənbəyini – “Yekəxana gölü” kimi tanınan su hövzasini qanunsuz olaraq zabt edib. Belə ki, o, çayın suyunu kəsib, kənd əhalisinin əkin sahələrinin suvarılmasına maneə yaradıb”.

Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyev Hurriyyet.org-un redaksiyasına iş adamının imzaladığı təkzib məktubunu göndərərək, Göyçay sakininin iddialarının doğru olmadığını bildirib. KİV haqqında qanunun tələblərini nəzərə alaraq, F.Əhmədovun məktubunu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, həmin məqalədə mənə aid olan yazıların bir cümləsi belə, həqiqətə uyğun deyil. Belə ki, ilk öncə bildirirəm ki, “yekəxana gölü” kimi tanınan su hövzəsi tam qanuni əsaslarla səhmdarı olduğum “AzNar” QSC-nin istifadəsindədir. Bundan əlavə, həmin su hövzəsinin ətrafındakı əkin torpaq sahələri də mülkiyyət hüququ əsasında “AzNar” QSC-yə məxsusdur.

Beləliklə, “AzNar” QSC-nin hərəkətlərində qanunsuz amillərin və zəbtetmənin olmadığı açıq-aydın görünür.

Qaraməryəm kəndinin əkin sahələrinin suvarılmasına gəldikdə isə, birldirmək istəyirəm ki, suvarma üçün suyun ayrılması, açılıb-kəsilməsi “AzNar” QSC tərəfindən həyata keçirilmir. Həmin işlər müvafiq su və suvarma sistemləri idarələri tərəfindən həyata keçirilir və tənzimlənir.

Həqiqətən də Quliyev Səbuhi Fəxrəddin oğlu tarafından Sizə ünvanlanmış ərizədə qeyd olunan problemin mövcud olduğu halda, S. Quliyevin aidiyyatı qurumlara müraciət etməsini və müraciətləri cavabsız qaldığı halda aidiyyəti şəxslər barəsində şikayət etməsi məqsədəmüvafiq olardı. Sabuhi Quliyevin isə mənə böhtan ataraq, nəyə nail olmaq istədiyi hamıya bəllidir.

Eləcə də diqqətinizə çatdırmaq istəyirəm ki, tərəfimizdən “Yekaxana” su anbarının və onun ətrafındakı torpaq sahələrinin hüquqi əsaslarla əldə edilməsindən sonra, ərazinin zəhərli ilanlarla dolu olan, su anbarının isə zir-zibillə basılmış bir vəziyyətdə olması oraya külli miqdarda investisiya qoyulmasını qaçılmaz etmişdir.

Bu iri həcmli investisiya qoyuluşlarının mənim, “AZNar” QSC-nin əsas sahmdarı kimi, şəxsi vasaitim hesabına hayata keçirildiyini va həcmlərinə göra 50 milyon manata bərabar olmuş bəzi işləri sizin diqqətinizə çatydırmağı özümə borc bilirəm:

– Hər birinin dərinliyi 180-200 metr olan 22 ədəd subartezian quyuları qazılmışdır ki, har quyunun su debiti saatda 25-30 m 3 təşkil edir. Bu isa adi riyazi hesablama ila bir sutka ərzində su anbarına 15.500 ın3 suyun daxil olması deməkdir, il ərzində bu rəqəm 5.650.000 m 3 təşkil edir;

–  400 ha-dan artıq sahədə elit şortlardan olan üzüm bağları salınmışdır;

–  35 ha-dan artıq arazidə milli “Qızıl Ohmadi” şortu olan alma bağları salınmışdır;

– 60 min ədəddən artıq meşə növlü “Eldar şamı”, “Akasiya” şortlarından olan ağaclar əkilmişdir va abadlıq işlari daim davam etdirilir;

-2 ha ərazidə zafaran bitkisi əkilmişdir;

-25 ha ərazidə yonca səpilmişdir;

-su ambarının gildən tamizlanmasi üçün dayari 500 min manata yaxın olan dredger va sair gilsoran avadanlıqlar əldə edilmişdir, su anbarında daim təmizlamə işləri davam etdirilir;

-ərazidə yaradılmış kənd tasarrüfatı məhsullarının istehsalı ila məşğul olan təsarrüfat subyektində qonşu kəndlarin: Qaraməryəm, Kürdmaşı, Yekaxana, Şahsoltanlı, Qubaxəlilli, Kalben va sair kandlarin sakinləri olan 500 nəfər daimi və mövsümü işlərlə təmin edilmişdir.

Sadalanan bu işlər mənim rəhbarliyim va bilavasitə şaxsi investisiyalarım nətisənidə ərsəyə gəlmiş nümunəvi bir kənd təsərrüfatı müəssisəsinin uğurları kimi qiymətləndirilməli va kütlavi informasiya vasitalarində işıqlandırılmalı olduğu halda, əfsuslar olsun ki, müraciat sahibinin heç bir əsaslara söykənməyan, foto-video görüntülari heç bizim təsərrüfata aid olmayan kadrlarla müşaiyat olanan video va yazılı informasiyanın tarafınizdan yayılmasını qanunsuz hesab edirik.

Suvarma sistemlərinə ərazidə bilavasita nəzarat edan Azərbaycan Meliorasiya va Su Tasarrüfatı ASC-nin Göyçay Suvarma Sistemleri İdarəsinin 28.04.2020-ci il tarixli 169 saylı (müraciaətə əlava edilir) maktubunun mazmunundan da göründüyü kimi “Yekaxana” su ambarında suyun nizamlarnması işlərinin “AzNar” QSC-ya aidiyyati yoxdur. Əksina, “AzNar” QSC-nin yuxarıda qeyd edilən va bilavasita su ambarının su təchizatının artırılmasına yönəlmiş hərəkətləri va investisiya qoyuluşları kənd tasarrüfatı təyinatlı torpaqların suvarılmasına öz töhvasini vermiş, verir va gələcəkdəd də verəcəkdir.

Ərazidə görülən işlar ölkə prezidentinin regionların, kand tasarrüfatının, turizmin va ümumiyyətlə qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinə tam cavab verir və zənnimcə, regionda nümunəvi təsarrüfatlardan birincisidir.

Sizə müraciat etmiş şəxs Quliyev Səbuhi Fəxrəddin oğlunun hərəkətlarini mənə və səhmdarı olduğum “AzNar” QSC-ya qarşı qərəzli və sababi har kəsə bəlli olan məqsədyönlü: adımız ətrafında ajiotaj yaratmaq va bizi, ham man – Əhmadov Fərhad Teymur oğlunu, ham da sahmdarı olduğum “AzNar” QSC-ni nüfuzdan salmaq, şərəf və ləyaqatimə, işgüzar nüfuzumuza, təsarrüfat imicinə ləkə vurmaq, bizi xalq arasında gözdən salmaq və mənəvi ziyan vurmaqdan başqa cür adlandırmaq mümkün deyildir”.

Hurriyyet.org