“Bank iflası özü ilə neçə xırda və orta biznesi də iflas etdirəcək” – RÖVŞƏN AĞAYEV

87

“4 banka inzibatçı təyin edilməsindən neçə gün keçir, hələ də açıqlama verən bir rəsmi qurum yoxdur ki, orda olan depozitlərin hansı hissəsi əhalinin, hansı hissəsi biznesindir”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən ağayev qeyd edib.

“Min təəssüf bir borcu ödəmir”

R.Ağayev deyib ki, biznesin cari hesablarda, uzunmüddətli depozit hesablarında, hesablaşma hesablarında nə qədər pulu batdı: “Böhran vaxtı bu da sahibkarın qazancı. Bütün dünya sahibkara dövlət dəstəyinin hər formasından maksimum göstərir, bizdə də banklar bağlanır, sahibkarlar yüz milyonlarla manat itirir. Bu suala da cavab verən yoxdur ki, ən azından biznesin cari və hesablaşma hesabındakı vəsaitlərin sığorta mexanizmi niyə olmasın? Mərkəzi Bankın rəhbəri də çıxıb buna təəssüfünü ifadə edir. Min təəssüf bir borcu ödəmir. Sahibkarlara pulun ən lazmlı olduğu vaxtda  bu qədər itki. O pulları qazanmaq üçün xırda və orta biznes illərini verib. Bəlkə də bu bank iflası özü ilə neçə xırda və orta biznesi də iflas etdirəcək”.

“Guya, hökumət riskləri düzgün planlaya bilir ki?

R. Ağayev onu da qeyd edib ki, MB sədri riskləri düzgün planlamağın vaciblyinə işarə vurur: “Guya, hökumət riskləri düzgün planlaya bilir ki? Planlasaydı, manat 2015-ci ildə o qədər kəskin dəyər itkisilə dünyanın qısa müddətdə ən çox dəyər itirən lider valyutasına çevrilərdimi? Bu ölkədə hökumətin risk menecmenti olsa idi, ölkə son 10 ildə ən azından 10-15% də olsa, neftdən asılılığını azaldardı”.

Şamo EMİN, Hurriyyet.org