BALANS DƏYİŞİR! RAZILAŞDILAR

    6

    Tehran ilə Ərbil arasında birgə komissiya quruldu

    Hurriyyet.org xəbər verir ki, İran ilə Şimali İraq Kürd Muxtariyyəti arasındakı iqtisadi əməkdaşlığı gücləndirmək üçün birgə komissiyanın qurulması qərara alınıb.

    Ərbildə keçirilən, Şimali İraq Kürd Muxtariyyəti ilə İran arasındakı ticarət əlaqələrinin inkişafı konfransı çərçivəsində İranın sənaye, mədən və ticarət naziri Məhəməd Şeriatmedari və Kürdistanın planlaşdırma naziri Əli Sindinin rəhbərliyi ilə birgə komissiya yaradılması üçün müqavilə imzalanıb.

    Dünən Ərbildə başlayan konfransda Şimali İraq Kürdistan Muxtariyyətinin başçısı Nəçirvan Bərzani ilə yanaşı, yerli məmurlar və iş adamları, İran, mərkəzi İraq hökumətindən olan səlahiyyətli şəxslər və biznesmenlər də iştirak ediblər.

    Hurriyyet.org