Balakəndə bədbəxt hadisə: “VAZ” piyadanı vurub öldürdü

    21

    Balakən rayonunun Talalar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Balakən RPŞ tərəfindən araşdırma aparılır.