Balakən və Şəkidə 1 tondan artıq çətənə kolu məhv edildi – FOTO

    24

    Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına əsasən əməliyyat tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları tərəfindən rayonun Gərəkli kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 1 tondan artıq olan 1783 ədəd, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Çapağan kəndi ərazisində 3570 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma yolu ilə məhv edilib.

    Faktlarla bağlı araşdırma aparılır.