Balakəndə 30 nəfərə qarşı dələduzluq edilib

75

Balakəndə 30 nəfərə qarşı dələduzluq edilib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Hənifə kəndində yaşayan 30 nəfər hüquq-mühafizə orqanlarına müraciət edərək rayonun Talalar kənd sakini Fərhad Məmmədovun onları aldadaraq külli miqdarda pullarını mənimsədiyini bildiriblər. F.Məmmədov sakinlərə “Simental” cinsli iribuynuzlu heyvanları dövlət xətti ilə ucuz qiymətə verəcəyini vəd edib. Uzun müddət keçməsinə baxmayaraq F.Məmmədov vədinə əməl etməyib.

Daxil olan şikayət əsasında Balakən rayon Polis Şöbəsində araşdırmalara başlanıb.