Balakəndə 1, 2 ton narkotik vasitə məhv edildi

36

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala   kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.