“BakuBus” avtobusu qəzaya uğradı – VİDEO

    15

    Bakının Nəsimi rayonunda “BakuBus” avtobusu qəzaya uğrayıb.

    Hurriyyet.org baku.ws-ə istinadən xəbər verir ki, hadisə Nizami küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb.

    Belə ki, “Lexsus” markalı, 90 PH 944 qeydiyyat nömrə nişanlı minik maşını ilə “BakuBus” avtobusu toqquşub.

    Qəza nəticəsində xəsarət alan olmasa da, həm avtobusa, həm də minik maşınına ciddi ziyan dəyib.

    Hadisənin görüntülərini təqdim edir.