Bakıya hər ay yeni avtobuslar gətiriləcək

    15

    Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.

    Hurriyyet.org-un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

    V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır.

    V.Kərimli bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq./Trend/