Bakının Nizami rayonunda “yaşıl soyqırım” – VİDEO

3

Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində ağaclar kütləvi şəkildə kəsilir.

Hurriyyet.org pravda.az-a istinadən xəbər verir ki, bu barədə siyasi fəal Ramin Hacılı məlumat verib.

Bildirilib ki, yaşıllıq ərazi hasara alınıb, ağaclar məhv edilir. Ərazidə çoxmənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur.

Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, nəticəsi olmayıb.