Bakının mərkəzində binanın eyvanı uçdu – VİDEO

    6

    Səhər saatlarında Bakının mərkəzində bir əsrdən çox yaşı olan binanın eyvanı uçub. Hadisə zamanı bir obyektə ziyan dəyib.

    Paytaxtın mərkəzində 109 yaşlı binanın eyvanı uçdu.

    Hadisə səhər saatlarında Məhəmməd Əmin Rəsulzadə küçəsi 8 ünvanında baş verib. Hadisə yerinə Fövqəladə hallar nazirliyinin əməkdaşları və Səbail rayon icra hakimiyyətinin nümayyəndələri gəldilər. Təhlükəsizlik məqsədi ilə dərhal əraziyə giriş qadağan olunub. Hadisə zamanı xəsarət alan olmasa da birinci mərtəbdə olan obyekin pəncərəsinə ziyan dəyib.

    Səbail rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov xəzər xəbərə bildirdi ki, həmin bina qurumun balansında deyil. Onun sözlərinə görə, 1910-cu ildə tikilən bu bina Bakı Abbadlıq Xidmətinin sərəncamındadır. Lakin Bakı Abbadlıq Xidmətinin direktor müavini Firdovsi Hüseynov da binanın onların balansında olmadığını bildirdi.

    Ərazidə çəkiliş apardığımız zaman binanın digər eyvanlarınında qəzalı vəziyyətdə olduğunun şahidi olduq. Qeyd edək ki, binada sonuncu dəfə təmir-bərpa işləri 3 il əvvəl aparılıb.