Bakının iki polis bölməsinə yeni polis rəisləri təyin olunub

    3

    Bakının iki polis bölməsinə yeni polis rəisləri təyin olunub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyev vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin yeni yaradılan 43-cü Polis Bölməsinin rəisi təyin edilib.

    Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub.