Bakının daha bir yolu bərbad vəziyyətdədir – FOTO/VİDEO

42

Sabunçu rayonu Maştağa qəsəbəsi Buzovna yolunun üstündəki yaşayış massivlərinin yolları acınacaqlı vəziyyətdədir.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, söhbət Maştağa-Buzovna yolu və yaxınlığında yerləşən Çiləgər yaşayış massivindən gedir.

Ərazidə nəinki piyadalar, eləcə də, nəqliyyat vasitələri çətinliklə hərəkət edir.

Redaksiyamıza verilən məlumata görə, sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, cavab ala bilməyiblər.

Həmin görüntüləri təqdim edirik: