Bakının 300-dən çox küçə və prospekti dezinfeksiya edildi

54

Bu gün səhər saatarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən artıq işçisi bu tədbirlərə cəlb edilib.

Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib.