​Bakını bürüyən qaz iyinin səbəbi bəlli oldu – TULLANTILARIN QOXUSU

    12

    Bir neçə gündür ki, Nizami rayonu ərazisində mənbəyi məlum olmayan pis qoxu yayılır və sakinlərin narahatlığına səbəb olur.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, bu gün də səhər saatlarından etibarən hiss olunan qaz qoxusu hələ də çəkilməyib. Qaz və mazut qoxusu daha çox Babək prospekti tərəfdə hiss olunur, "Koroğlu" metrostansiyasına qədər geniş bir ərazini əhatə edir.

    Rayonun Fəhlə prospekti istiqamətində yaşayan sakinlər də qoxunun orada da kəskin şəkildə hiss olunduğunu bildirirlər.

    “Yeni Müsavat” redaksiyası da Nizami rayonunun “Neftçilər” metrostansiyasına yaxın ərazidə yerləşdiyindən kəskin qaz iyi burada da hiss olunub.

    Картинки по запросу qaz qoxusu

    Havadakı bu xoşagəlməz qoxunun Babək prospektində fəaliyyət göstərən Bakı Neft Emalı Zavodunda aparılan işlərlə əlaqəli olduğu güman edilir.

    Məsələ ilə bağlı sayta açıqlama verən Nizami rayonu icra başçısının I müavini Qərib Məmmədov qaz qoxusunun yayılma səbəbini belə izah etdi: “Qoxunun yayılma səbəbi Babək prospektində yerləşən Neft Emalı Zavoundan tullantıların havaya buraxılması ilə bağlı ola bilər. Daha ətraflı məlumatı zavodla əlaqə saxlayıb öyrənmək olar. Bu tullantıların qoxusu ətrafa yayılır, bir müddətdən sonra çəkilir”.