Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı – SƏBƏB

    9

    Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

    Bildirilir ki, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

    İlkin məlumata görə reys saat 12:30 qədər gecikir.