Bakıdakı yanğınla bağlı rəsmi açıqlama (YENİLƏNİB)

    6

    Bakıda məşhur ticarət mərkəzi yanır.

    Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Elit” Ticarət Mərkəzində yanğın başlayıb.

    FHN yanğındöndürənləri hadisə yerinə cəlb olunub.

    Yanğının söndürülməsi üçün işlər aparılır.

    Lakin FHN-dən verilən məlumata görə, "Elit" Ticarət Mərkəzində yanğının olması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

    "Saat 17:10 radələrində FHN-in müşahidə kameraları tərəfindən "Binə" Ticarət Mərkəzindən xeyli uzaqlıqda, dağın yamacında boş sahədə məişət tullantıların və işlənmiş avtomobil təkərlərinin yandığı müşahidə edilib. Saat 17:50 radələrində yanğın tərəfimizdən söndürülüb" – deyə, FHN-dən bildirilib. \\Qafqazinfo