Bakıdakı bu mağazada şəhid ailələri üçün meyvə-tərəvəz pulsuzdur – “Hesabı ATALARI tərəfindən ödənilib” – VİDEO

    15

    Bu mağazada şəhid övladlarına meyvə-tərəvəz pulsuzdur. “Hesabı ataları tərəfindən ödənilib” deyilir.

    Budəfəki sujetimizin qəhrəmanı bu şüarla fəaliyyət göstərən mağaza sahibidir.

    Sözügedən şəxs işləmək üçün Lənkəran rayonundan Bakıya gələrək, Nəsimi rayonunun İlqar Zülfüqarov küçəsində meyvə-tərəvəz mağazası açan Natiq Abdullayevdir.

    O, artıq bir ildir şəhid ailələrini pulsuz meyvə-tərəvəzlə təmin edir:

    “Lənkəranda şirniyyat evində görmüşdüm, istək yarandı və bunu həyata keçirdim”.

    N.Abdullayev bu addımının digər vətəndaşlar və dövlət qurumları tərəfindən dəstəkləndiyini bildirir.

    Deyir ki, hər bir şəhid ailəsi mağazaya gələrək, istənilən qədər meyvə-tərəvəz ala bilər:

    “Qiymət fərqi yoxdur. Gücümüz buna çatır, bu cür kömək edə bilirik”.

    /Baku TV/