Bakıda yük avtomobili piyada keçidinə belə çırpıldı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

    27

    Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində ağır yol qəzası baş verib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

    Belə ki, "Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

    Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aradan qaldırılır.

    Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

    Qəza yerindən çəkilmiş dəhşətli görüntüləri təqdim edirik.