Bakıda yük avtomobili aşdı

    6

    Bakıda yol qəzası baş verib.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Xətai rayonunda baş verib. "Ford" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

    Dirək sınıb, yük avtomobili isə aşaraq yolun sağ hissəsinə düşüb. Bu zaman yolun kənarındakı mini marketə ziyan dəyib. "Ford"un sürücüsü yüngül xəsarət alıb.