Bakıda yol polisinə işləyən sürücülər var? – Paytaxt sakini başına gələnləri danışdı – FOTO

    18

    Paytaxt küçələrində yol polisinə “işləyən” sürücülərin olduğu iddia olunur.

    Hurriyyet.org A24.az-a istinadən xəbər verir ki, bu iddia ilə Bakı şəhər sakini Yusif Əliyev çıxış edib. O bildirib ki, avtomobili ilə Nobel prospektində hərəkətdə olarkən tanımadığı avtomobilin sürücüsü tərəfindən təqib edilib. Şikayətçi iddia edir ki, onu təqib edən şəxs təxribatçı olub və onun qayda pozduğu barədə yol polisinə yalan məlumat verib:

    “Deməli, Nobel prospketində işıqforda qarşı tərəfdə dayanmışdım. Avtomobilimi hərəkətə gətirəndə, qarşı tərəfim boş idi deyə rahat şəkildə idarə etdim. Arxamca isə 90 UO 095 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı avtomobil hərəkət edirdi. Hiss etdim ki, məni izləyir. Surəti azaldırdırmsa, oda azaldırdı. Surəti artıranda, o da bərk sürürdü. Nəhayət, bir də gördüm ki, qarşımda YPX maşını çıxdı və “ver, qırağa saxla”, – deyə avtomobilimi saxlamağı tələb etdi. Saxladım. Polis məni avtoxuliqanlıqda ittiham edib maşınımın cərimə meydançasına gedəcəyini bildirdi. Maşını duracaqda saxlayıb özüm də BŞDYP İdarəsinə yollandım. Rəisin qəbuluna daxil olub tələb etdim ki, avtoxuliqanlıq etdiyimi əks etdirən görüntüləri təqdim etsinlər. Mənə heç bir görüntü təqdim etmədikləri halda, məni məhkəməyə verəcəklərini bildirdilər və yalnız məhkəmə qərarından sonra avtomobilimi mənə təhvil verəcəklərini qeyd etdilər. Mən izahatımda hər şeyi yazdım. Daha sonra məndən sürücülük vəsiqəmi tələb etdilər, amma mən vermədim. Bundan sonra onlar mənim şəxsiyyətimi təsdiq edən sənədimi alıb qaytarmadılar. Mən də onlara dedim ki, şəxsiyyət vəsiqəm itib deyə yenidən sənəd ala biləcəm və sizdəki sənədim etibarsız sayılacaq. Nəhayət, uzun danışıqlardan sonra bir manatsız maşınımı çıxardım. Təbii ki, məni izləyən avtomobilin sürücüsü yol polisinə mənim haqqımda yalan məlumat verdi. Ona görə də ehtiyatlı olun”

    P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    Fotodakı şəxs iddiaçı Yusif Əliyev, avtomobil isə onu izlədiyi iddia edilən nəqliyyat vasitəsidir.