Bakıda yelkənli qayıq yarışı keçirildi – VİDEO

    18

    Bu gün dənizkənarı milli parkda Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş yelkənli qayıq yarışı keçirilib. Tədbir Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-i və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı təşkil olunub.

    Bu il Azərbaycan Xəzər dəniz gəmiçiliyinin 160 illik yübileyidir. Yubiley ili çərçivəsində Azərbaycan Xəzər dəniz gəmiçiliyi silsilə tədbirlər keçitməyi planlaşdırır.

    İlk tədbir ulu öndə Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan yelkənli qayıq yarışıdır. Bununla bağlı Dənizkənarı milli parkda maraqlı tədbir keçirildi.

    Yelkənli qayıqların yarışına saat 2-də start verildi. Yarişlari yerli hakimlərlə yanaşi beynəlxalq hakimlər də izləyirdi.

    Tədbir çərçivəsində sahildə şəhərimizin qonaqları, eləcə də paytaxt sakinləri üçün maraqlı proqram da təşkil olunmuşdu. Həmçiinin müxtəlif təyinatlı gəmi maketləri də sərgiləndi.