Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

    21

    Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

    Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.