Bakıda yaşayış binası YANIR

    6

    Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, yanğın Bakının Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

    Onun sözlərinə görə, yanğın sözügedən ünvanda yerləşən yaşayış binasının altıncı mərtəbəsində qeydə alınıb:

    “Yanğın binanın altıncı mərtəbəsində başlayıb. FHN-in çağrı mərkəzinə daxil olan zəng əsasında dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.