Bakıda vəzifəli şəxs dəhşətli şəkildə öldü

    27

     

    Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olması məlum olub.

     

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, qəsəbədə yerləşən "Rəşad" yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

    Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.