Bakıda universitetdə yanğın oldu

    15

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

    Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb.

    Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.