Bakıda universitet tələbəsi özünü asdı

    6

    Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

    Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

    Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.