Alman turist “Hell”dən zəhərləndi – BAKIDA – YENİLƏNİB

    3

    Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.

    Hurriyyet.org "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.

    Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən "Hostel”də qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq "Hell” enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibii Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ də dindirilməsi mümkün olmayıb.

    Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.

    ***

    Bakıda Almaniya vətəndaşı olan turist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, İran əsilli, 1980-ci il təvəllüdlü Kərimi Əmir Abrus oğlu zəhərlənmə diaqnozu ilə 3 saylı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Vəziyyəti çox ağır olduğundan o Klniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.

    Bildirilir ki, Bakıya turist kimi gələn Əmir Kərimi Nizami küçəsindəki hosteldə qalır. O, çoxlu içki qəbul etdiyi üçün halı pisləşib.

    Araşdırma aparılır.