Bakıda tuneldə ÜÇ AVTOMOBİL TOQQUŞDU

    6

    Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Həsən Əliyev küçəsindəki yolötürücü tuneldə qeydə alınıb.
    "DongFeng" markalı nəqliyyat vasitəsinin sürücüsü əks yola çıxdığından onun avtomobili əvvəlcə "Mercedes", daha sonra "Kia" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
    Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. \\APA