Bakıda toya hazırlaşan sürücü qəza törətdi – ÖLƏN VAR

    15

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

    Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu "Mercedes" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

    Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.