Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu – YENİLƏNİB

    39

    Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib.

    Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

    Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

    “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***

    Bakıda 19 yaşlı gənc “Topaz” mərc oyunları salonundan quldurluq edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki , hadisə sentyabrın 22-də paytaxtın Təbriz küçəsində baş verib.

    Belə ki, Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində mərc oyunları salonunda quldurluq yolu ilə 200 manat pulu talamaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü E.Yusublu saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.