Bakıda ticarət mərkəzində YANĞIN – 2 nəfər təxliyə edilib

    27

    Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.

    Hurriyyet.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.