Bakıda ticarət mərkəzi SÖKÜLÜR

    18

    Bakıda yanan "Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb.

    Hurriyyet.org-un apa-ya istinadən məlumatına görə, artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir.

    Ərazidə iş aparan şirkətdən apa-ya bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq.

    Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.