Bakıda tələbə qızın dəhşətli ölümü ilə bağlı YENİ XƏBƏR – FOTO

    27

    Bakıda plastik əməliyyat zamanı gənc qızın ölümü ilə bağlı açılan cinayət işi əsasında məhkəmə tərəfindən məhkum edilən iş adamı Cəbrayıl Sultanov və cərrah Sənan Mehdiyev Ali Məhkəməyə müraciət edib.
    Hurriyyet.org News24.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhlənkarlıq – ölümlə nəticələndikdə maddəsi ilə məhkum edilmiş şəxslər barələrindəki işin yenidən araşdırılmasını və onlara bəraət verilməsini xahiş edib. İş Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.
    Qeyd edək ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızı dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
    Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həmçinin "StarMed" klinikasının rəhbəri olmuş Cəbrayıl Sultanov məsuliyyətə cəlb edilib.

    Bakıda tələbə qızın dəhşətli ölümü ilə bağlı YENİ XƏBƏR - FOTO