Bakıda sürücülər cərimədən yayınmağın yeni üsulunu tapdılar – FOTOLAR

12

 

Paytaxtda Bakı Nəqliyyat Agentliyinin cəriməsindən yayınmaq istəyən bəzi sürücülər maraqlı üsula əl atıblar. 

Hurriyyet.org yenisabah.az-a istinadən xəbər verir ki, avtomobili yol kənarında park edən sürücülər qeydiyyat nişanını gizlətmək üçün yük qapısını açıq qoyurlar. 

Bakının 28 may küçəsi, 23 N-li məktəbin qarşısında çəkilən fotolarda da bu öz əksini tapıb. Sürücülərin əl atdığı üsul ətrafdakıların marağına səbəb olub.

Qeyd edək ki, fotolar tanınmış fotoqraf Elçin Murada məxsusdur.