Bakıda söküntü ərazisində faciə – Fəhlə traktorun altında qaldı

    30

    Bakıda söküntü sahəsində faciə baş verib.

    Hurriyyet.org xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan “Mənzərə” MMC-nin söküntü sahəsində baş verib.

    Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.

    Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır./trend/