Bakıda şokolad şirkətinin əməkdaşına silahlı hücum edildi

    36

    Bakıda şokolad şirkətinin əməkdaşına silahlı hücum olub.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

    Xətai rayonu, X.Məmmədov küçəsi ev 9, mənzil 23-də yaşayan, "Nan" şokolad şirkətində ekspeditor işləyən 1987-ci il təvəllüdlü Salahov Vaqif Azər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 4-də gecə saatlarında Xətai rayonu, Zeytun bağları küçəsi 2/1 saylı ünvanda özünə məxsus "Lada Priora" markalı 02 BM 692 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 4 nəfər naməlum şəxs onu saxladaraq zorla maşından düşürüb.

    Həmin şəxslər ona bıçaqla xəsarət yetirərək 3572 manatı götürüb və hadisə yerindən qaçıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb.