Bakıda sərnişin avtobusu qəzaya uğradı: YARALILAR VAR – FOTO

    18

    Bakıda ağır yol qəzası baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

    Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu yoldan çıxıb.

    Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Bakıda sərnişin avtobusu qəzaya uğradı, yaralılar var (FOTO)