Bakıda qəza: prospektdə tıxac yarandı – FOTO

    3

    Paytaxtın Heydər Əliyev prospektində, Bağırov körpüsündə (Koroğlu istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, bu səbəbdən qeyd edilən ərazidə sıxlıq müşahidə olunur.