Bakıda qəza baş verdi, böyük tıxac yarandı – FOTO

    24

    Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə "İpək yolu" şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb.

    Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir.

    Belə ki, "Hundai" markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn "Mercedes" ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb.

    Paytaxtda tıxac var - Səbəb yenə qəza - FOTOPaytaxtda tıxac var - Səbəb yenə qəza - FOTO