Bakıda “QAZel” 5 yaşlı uşağı vuraraq öldürdü

    48

    Bakıda 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub.

    Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.