Bakıda qayın yeznəsini qətlə yetirib, arvadını isə bıçaqlayıb

    30

    Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

    İlkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaçlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

    Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. \\ APA