Bakıda qatar gənc oğlanı vurub öldürdü

    36

    Bakıda qatar gənc oğlanı vurub.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 20-si saat 23 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Dəmiryol stansiyasının yaxınlığında sərnişin qatarı 1996-cı il təvəllüdlü İkram Şahverdiyevi vuraraq yolun kənarına atıb və piyada hadisə yerində vəfat edib.

    Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.