Bakıda qara maskalı gənclər peyda olub – FOTOLAR

    36

    Son günlər Bakıda qara maskada gəzən gənclər peyda olub.

    Hurriyyet.org xəbər verir ki, əvvəllər xəstəliklərdən qorunmaq üçün ağ rəngli tibbi maska istifadə olunsa da, indi o maskaları qarası əvəz edib.

    Bəs qara maska nədir? Tibbi cəhətdən faydası nədir?

    Medicina.az yazır ki, adətən tibbi maskanı 3 məqsədlə taxırlar:

    – Qrip epidamiyası dövründə, soyuq aylarda ictimai nəqliyyatda və insan çox olan yerlərdə viruslardan qorunmaq;

    – İnsan özü xəstələnibsə, digərlərini qorumaq və eləcə də xəstəliyin daha da ağırlaşmasının qarşısını almaq;

    – Hər hansı əməliyyatdan sonra ağız, burun hissəni örtmək, qorumaq;

    – Eləcə də onkoloji və leykoz xəstələri hər hansı mikroba tutulmamaq və sterilliyi qorumaq məqsədilə bu maskalardan istifadə edir.

    Maskaların təsir müddəti cəmi bir neçə saatdır.

    Son günlər isə şəhərdə əvvəl adət etdiyimiz ağ tibbi maska əvəzinə qara rəngdə maska taxan gənclərə rast gəlirik və sanki qara maska taxmaq trend halını alıb.

    Qara maska ilə ağ maskanın fərqi nədir və hər hansı özəlliyi varmı?

    Medicina.az-ın əməkdaşı qara maskanın özəlliyini öyrənmək üçün apteklərlə əlaqə saxlayıb. Saytımıza verilən məlumata görə, əslində qara rəngdə tibbi maskanın ağdan heç bir fərqi yoxdur. Hər ikisi 10 qəpikdir, materialı eynidir, heç bir üstün cəhəti ilə seçilmir. İnsanların qara maska seçməsinin əsas səbəbi geyimləri ilə uyğunluq təşkil etmək istəyidir. Belə ki, ağ rəng qış aylarında daha çox gözə çarpır. İnsanlar isə qışda geyimləri adətən tünd və qara rənglərdə seçirlər. Buna görə də qara maska anidən trendə çevrilib.

    Hər iki maska sintetik materildan hazırlanır, bakterial effektivliyi 90% olur. Tibbi maskanı ən geci 3 saatdan bir dəyişmək lazımdır.

    Qara rəng maskalarla bağlı müxtəlif fikirlər səsləndirilir. İnsanlar qara maskanın gənclər tərəfindən fərqli görünmək üçün istifadə edildiyini düşünür. Gənclər isə ağ rəng maskada özlərini narahat hiss etdiklərini bildirirlər.

    Картинки по запросу девушки с черными масками