Bakıda QANLI OLAY: maskalı şəxs ev sahibini…

    9

    İyunun 18-də saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə girmiş maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib oradan 600 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.

    DİN Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

    Araşdırma aparılır.