Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı – NAZİRDƏN YENİ TƏYİNAT – FOTO

6

Bakı şəhər Yasamal rayon 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova işdən çıxarılıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlə F.Həsənova vəzifədən azad edilib. Onun yerinə Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin direktoru Rəşad Alcanov təyin edilib.

Qeyd edək ki, mətbuatda Firəngiz Həsənova və oğlu barəsində bir neçə dəfə qalmaqallı məlumatlar yayılıb.