Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu – FOTO

    3

    Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

    Hurriyyet.org xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti"nə məlumat veriblər.

    Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.

    Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.

    Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

    Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.

    Qurumdan baku.ws-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonar vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.