Bakıda qadının çənəsini sındırıb zorladılar – TƏFƏRRÜAT

6

Bakıda 30 yaşlı qadını zorlamaqda təqsirli bilinərək məhkum olunan Loktionov Ruslan Oleqoviç Ali Məhkəməyə müraciət edib.

Hurriyyet.org "ölkə.az"-a istinadən xəbər verir ki, onun müraciətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, hadisə yanvarda Nəsimi rayonu ərazisində baş verib.

Naməlum kişi gecə işdən evə gələn qadına hücum edib.

Oğlan qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb.

Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. Polislər qadının qışqırıq səsini eşidərək onun köməyinə qaçıblar.

Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.

Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.

Ruslan Loktinova qarşı cinayət məcəlləsinin 149.2.4-cü maddəsi ilə ittiham elan edilib.