Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər

    21

    Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hurriyyet.org oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.

    Qeyd edək ki, K.Süleymanov tanış olduğu qadın – A.Məmmədovanın (ad, soyad şərti) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.

    Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra K.Süleymanov saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.