Bakıda qadın ingilis sevgilsini döydü – Kişi polisə şikayət etdi

    9

    Böyük Britaniya vətəndaşı Bakıda məişət zorakılığının qurbanı olub.

    Hurriyyet.org xəbər verir ki, bu barədə oxu.az-a Bakının Xəzər Rayon Polis İdarəsindən bildiriblər.

    1956-cı il təvəllüdlü Raul Viktor Skinazi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinə şikayətlə müraciət edib. O bildirib ki, iyulun 18-də 38 yaşlı qadın onu döyüb.

    R.Skinazi həmin qadınla 2014-cü ildən vətəndaş nikahında yaşayır.

    Hazırda faktla bağlı araşdırma aparılır.